Özünəxas ənənələri olam elm ocağımız rahat nəfəs ala biləcək. Akademiyanın elm ocaqlığından intiriqa yuvasına, siyasi hesablaşma məkanına çevrilməsinə səbəb olan tək isimdi Ramiz Mehdiyev.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva AMEA prezidenti Ramiz Mehdiyevin istefası haqda qeyd edib.
“Milli kadrlara, vətəncanlı insanlara əlinə düşən hər fürsətdə maneələr, süni əngəllər yaradan Mehdiyev akademiyaya, elmə, təhsilə, gənc kadrlara nə verə bilərdi ki? Yüksələn ictimai təzyiq qarşısında mənəvi cəhətdən tam aşınmış persona olan Mehdiyev artıq öz aqibəti ilə barışmalıdır. O, hansı sözü eşidir, hansı münasibətlə üzləşirsə, günahkar axtarışına çıxmamalı, günahı özündə axtarmalıdır, məhz özündə!
Akademiyanın mətbu orqanını şəxsi mənfəət saytına çevirən yaşlı Akademiya prezidenti ona göstərilmiş etimadı heç zaman düzgün qiymətləndirə bilmədi. Və budur: hər kəs sevinir. Əgər sənin gəlişinə deyil, gedişinə sevinirlərsə, bütün keçmiş açıq-gizli əməllərinə görə üzr istəməyə özündə güc tapmalısan...” – millət vəkili qeyd edib.