Bakıda və Abşeron yarımadasında fevralın 18-i gündüz cənub-qərb küləyinin 19-u gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanın rayonlarında fevralın 18-19-da bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.