21 Noyabr 2014 19:08
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Xırdalan şəhərində növbəti vətəndaş qəbulu keçirilib. Vətəndaş qəbulu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində baş tutub.

Teleqraf.com xəbər verir ki, qəbulda Abşeron, Sumqayıt və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak edib.

Komitə sədri vətəndaşların müraciətlərinə baxıb, onların təkliflərini dinləyib. Müraciətlər, əsasən, daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olub.

K.Həsənov müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün müvafiq göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilib. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb və nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər