Uşaqların bağçalara qəbulu ilə bağlı işlər davam edir. Sentyabr ayı üçün qəbul onlayn qaydada mərkəzləşdirilmiş qaydada olacaq.
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu, xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq: "Bu il vakansiyaların elan edilməsi və işə qəbul aparılacaq. Nümunəvi suallarla bağlı müəyyən dəyişikliklər olacaq. Novruz bayramından sonra ictimaiyyətə əlavə məlumat veriləcək".