19 Mart 2022 22:28
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boğaz ağrısı günümüzün aktiv və dəyişməz sağlamlıq problemlərindəndir.

Teleqraf.com xəbər verir ki, boğaz ağrısının törədicisi viruslar, bakteriya və digər naməlum səbəblər ola bilər.

Simptomları boğazda ağrı, qızartı, hərarət, halsızlıq, baş ağrısı, ürəkbulanma, qusma, öskürək, səs dəyişikliyi və sair əlamətlərdir.

Müayinə zamanı boğazda qızartı və badamcıqlar üzərinde irin görünə bilər. Müalicəsi törədiciyə uyğun aparılır. Bunun üçün xəstenin klinik simptomları CENTOR kriteryası ile dəyərləndirilir. Qanın ümumi analizi ve CRP-yə baxılır. Bu dəyərləndirmə zamanı bakteriyadan şübhələnmə halı olarsa, boğazdan yaxma götürülür və törədiciyə baxılır. Yalnız bu halda xəstəliyin 10 gün antibiotikilə müalicəsi aparılır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər