19 Mart 2022 21:29
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi proqnozlaşdırılırdı.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf.com-a bildirib ki, bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib. Belə ki, Gəncə şəhərində martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.

"Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var".

G.Məmmədovanın sözlərinə görə, qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər