24 Mart 2022 22:56
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanlış ayaqqabı seçimi sümük çıxıntısına səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində qadınlarda dar və hündürdaban ayaqqabı seçimindən yaranan baş barmağın çıxması müalicə edilmədikdə qalıcı deformasiyaya gətirib çıxarır.

Ayağın baş barmağının ətrafındakı adətən ağrılı sümük çıxıntısı şişlik, qızartı və iltihaba səbəb ola bilir.
Xalq arasında baş barmağın çıxıntısı kimi tanınan bu problemin elmi dildə adı "Halluks Valqus"dur.

"Halluks Valqus" daha çox orta yaşlı insanlarda və qadınlarda rastlanan xəstəlikdir. Genetik faktorlar da təsirli olduğu üçün gündəlik həyatlarında dikdaban ayaqqabı istifadə edən xəstələrdə daha çox müşahidə olunur. Halluks Valqus yalnız baş barmağın əyriliyi ilə məhdudlaşmır, həm də digər barmaqlarda deformasiyaya səbəb ola bilər.

Xəstəlik müalicə edilmədikdə digər ayaqların quruluşu pisləşdiyi üçün gələcəkdə qalıcı deformasiyalara və daha böyük problemlərə səbəb ola bilər.

Xəstəliyin gedişatına görə fərqli cərrahi üsullar tətbiq oluna bilər. Xəstələr əməliyyatdan bir gün sonra xüsusi ayaqqabılarla gəzə bilərlər. Ayaq barmağının sümüklərindəki deformasiyanın dərəcəsindən asılı olaraq sümük kəsmə əməliyyatları və ya sümüyə toxunmadan yumşaq toxumaların düzəldilməsi ilə həyata keçirilən əməliyyatlarla xəstə sağlamlığına qovuşur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər