25 Noyabr 2014 12:23
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi nəzərdə tutulur.


Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bununla bağlı cədvəl tərtib olunub ki, orada fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunub.

M.Abbaszadə qeyd edib ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək:


“Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcəkdir”.


TQDK sədri onu da vurğulayıb ki, abituriyentlərə təqdim edilən açıq tipli test tapşırıqları abituriyentlərin fərqləndirilməsinə kömək edir.


Gələn il I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq.


Komissiya sədrinin sözlərinə görə, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək. Bu yeniliklə bağlı “Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaq.


Müəllif: