Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.
Teleqraf.com xəbər verir ki, bu gün sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, respublikamızın gömrük orqanlarının çoxsaylı əməkdaşları da Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər.
Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.