27 Noyabr 2014 18:29
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Avropa İttifaqına üzv ölkələrdə insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər var”

“Avropa Parlamentinin prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur. Barəsində danışılan şəxs – Leyla Yunus digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır”.

Teleqraf.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

M.Şultş tərəfindən səsləndirilmiş Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə gəldikdə, H.Hacıyev bildirib ki, Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb: “Martin Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim olunması təəssüf doğurur”.

XİN sözçüsü onu da qeyd edib ki, Avropa Parlamentinin bilavasitə mandatına aid olan Avropa İttifaqına üzv ölkələrdə insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər var: “İslamafobiya, antisemitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır. Martin Şultşun bu problemlərə və eləcə də Ferqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifadə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər