18 May 2022 15:15
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəni inkişaf və dialoq” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfər yolunun hədəfləri Azərbaycançılıq birliyi işığında” adlı layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında seminar-treninq keçirib.

Seminar-treninqdə Xətai rayonu ictimaiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən təhsil müəssisələrinin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə seminarın əhəmiyyətindən danışıb.

Fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadəyə, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov mövzu ətrafında çıxışlar ediblər.

Hər iki natiq çıxışlarında qeyd ediblər ki, 44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, milli mənlik şüurunun, möhkəmlənmiş dövlətçiliyin bariz nümunəsi idi. Müharibədə dinindən, etnik mənsubiyyətindən, statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı canlarını vətən üçün sipər etdilər, şəhidlik zirvəsinə ucaldılar, qazi və qəhrəman oldular. Vətən müharibəsi dünyaya Azərbaycan xalqının birliyini və qüdrətini nümayiş etdirdi.

Tədbir müzakirələrlə davam etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər