28 Noyabr 2014 10:24
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “Şəki-Zaqatala regionu gənclərinin məşğulluq və karyera imkanlarının artırılması” adlı maarifləndirici layihənin sonuncu sessiyaları Qaxda təşkil edilib.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, layihə Şəki şəhərində, Qax, Zaqatala və Balakən rayonlarında məşğulluq imkanları və karyera inkişafına dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, hər bir rayonda təlim sessiyaları vasitəsilə bu regionun gənclərinə məşğulluq, yeni iş imkanları, region gənclərinin Məşğulluq Forumu və sərgisinin təşkilinə, “Uğurlu Karyeraya dair Yaddaş Kitabçası”nın nəşrinə, yayımına, regionun gənc könüllü təlimçilər şəbəkəsinin qurulmasına və geniş PR fəaliyyətinə yönəlib.

Açılış mərasimində ADTGT sədri Asif Əsgərli, təşkilatın sədr müavini, layihənin koordinatoru Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, Qax məşğulluq mərkəzinin direktoru Abdulqədir Əliyev və yerli icra hakimiyyətinin məsul əməkdaşları da iştirak ediblər.

Təlimçi-ekspert D.Əhmədov məşğulluq və karyera inkişafı istiqamətində bölgə gənclərinə yeni iş imkanları, CV və istək məktubunun hazırlanması, iş müsahibələri, işədüzəlmə üçün hüququ-normativ sənədlər və s. mövzularda geniş informasiyalar çatdırıb.

Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələ, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparılıb. 2 gün davam edən təlimin sonunda iştirakçılara yekunlara dair sertifikatlar təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər