Azərbaycanla çox ciddi işbirliyimiz var. Xüsusilə, kosmos sahəsindən Azərbaycanın qabiliyyətini, imkanlarını genişləndirə biləcəyimizə inanırıq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varanq juranlistlərə açıqlamasında bildirib.
"Peyk istehsalında, eyni zamanda Azərbaycanın ehtiyacları ilə bağlı hər məsələdə hər zaman dəstək verməyə hazırıq. Biz Türkiyədə nə varsa, hansı qabiliyyət, imkanlar varsa, bunu azərbaycanlı qardaşlarımızla bölüşəcəyik və bölüşməyə davam edəcəyik", - deyə nazir qeyd edib.