Mərkəzi Seçki Komissiyasiyasının iclasında bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və MSK katibi Mikayıl Rəhimov məlumat veriblər.
Bildirilib ki, 61 saylı Neftçala dairə seçki komissiyasının həlledici səs hüququ olan Araz Əhmədov, 93 saylı saylı Bərdə şəhər seçki dairəsinin həlledici səs hüququ olan üzvü Şakir Əliyev komissiyaların tərkibindən çıxarılıblar.
Bundan başqa 13 saylı Xəzər-Pirallahı, 59 saylı Salyan, 90 saylı Ağdaş və digər seçki dairələrinə daxil olan komissiyaların tərkibində də bir sıra dəyişikliklər edilib.