28 May 2022 11:32
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə Əlaslan Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər