“Çapar” tarix dərgisinin Azərbaycan Cümhuriyyəti xadimlərindən Əhmədcövdət bəy Pepinova həsr edilmiş özəl sayı işıq üzü görüb.
Jurnalda Əhmədcövdət bəyin Azərbaycandakı, eləcə də Osmanlıda Azərbaycan Nümayəndə Heyətinin üzvü kimi fəaliyyəti haqqında mühüm materiallar təqdim olunub.
Professor Ədalət Tahirzadə məqaləsində Pepinovun həyat və fəaliyyətini geniş şəkildə yazıb.
Dərgidə Əhmədcövdət bəyin Osmanlı mətbuatına verdiyi müsahibəsi, mətbuatda çıxan yazıları, haqqındakı xatirələr yer alıb.
Jurnalın bu sayı London Azərbaycan Evinin maliyyə dəstəyi ilə nəşr olunub.