31 May 2022 13:12
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, dəyişiklikləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Bildirib ki, təklif olunan dəyişikliklər “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Qeyd olunub ki, qanunun 10-cu maddəsinə əsasən həmin qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər bu məsuliyyətin qanunvericilik əsaslarının və növlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb.

İnzibati Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər isə Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi zamanı yaranan prosessual münasibətlərin tənzimlənməsi ilə əlaqədardır. Dəyişikliklər Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsi zamanı iddia üzrə icraatın xüsusiyyətləri, bu kateqoriya inzibati mübahisələrə dair işlər üzrə icraat zamanı məhkəmə aidiyyatının müəyyən edilməsi, iddia ərizəsinə baxılması müddəti və digər məsələləri tənzimləyir. “Vətəndaşların müraciətləri haqqında” qanuna əlavə edilən yeni maddə də uyğunlaşdırma xarakteri daşıyır.

Komitə sədri Ziyafət Əsgərov isə Sabir Rüstəmxanlnın etirazına cavab verib. Bildirib ki "mübahisəşdirmə" ifadəsi qanunvericilikdə oturuşub və bu ifadəyə etirazı əsaslı saymır.

Sonda layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər