Dekabrın 1-dən “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi (İB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Sağlam ol, sağlam yaşa” layihəsinin əsas mərhələsinin icrasına başlayacaq.
İB-dən Teleqraf.com-a bildirilib ki, dekabrın 1-dən başlayacaq təlimlərdə 14-29 yaş arasında yüzlərlə gəncin maarifləndirilməsi nəzərdə tutulub. Təlimlər yanvarın sonunadək davam edəcək. Təlimlərdə iştirak etmək istəyən şəxslər CV-lərini “Sağlam ol, sağlam yaşa” layihəsi yazmaqla [email protected] və [email protected] ünvanlarına göndərə bilərlər.
Layihənin məqsədi gənclər arasında reproduktiv sağlamlığın qorunması, zərərli vərdişlərlə mübarizə istiqamətində sosial fəallığın artırılmasına nail olmaq, onların zərərli vərdişlərdən uzaqlaşdırmasına yardımçı olmaq, təhsil işçilərini, valideynləri və ümumilikdə cəmiyyəti reproduktiv sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində maarifləndirmə işinə cəlb etməklə sağlam gəncliyin inkişafına tövhə verməkdən ibarətidr.