Bakıda XX Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Teleqraf.com-un məlumatına görə, konfransda çıxış edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, sərgi barədə məlumat verib.
E.Vəlizadə bildirib ki, Azərbaycanda informsiya texnologiyalarının “İT” inkişafına verilən qiymət çox yüksəkdir: “BakuTel” sərgisində böyük proqram təqdim olunacaq. Bu il sərginin 20 illiyi qeyd edilib. Geridə qlan müddət ərzində “BakuTel” şirkətinə məxsus məhsullar nümayiş olunmaqla böyük təcrübə əldə edilib. 20 il ərzində keçirilən sərgilərdə dünyanın 50 ölkəsindən iki mindən çox şirkət iştirk edib. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər dövlətlər sərgidə öz milli pavilyonları ilə çıxış ediblər. Sabah baş tutacaq yubiley sərgisinə dünyanın 23 ölkəsindən 250 şirkət qatılacaq. Bu şirkətlər arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqatorları və məşhur brendlərin distribyutorları var”.
“İteca-Caspian” şirkətinin prezidenti Edvard Stron, “BakuTel”in Xəzər bölgəsində təşkil edilən ən böyük sərgi olacağını deyib: “Bu sərgi 20 il əvvəl 12 şikətin iştirakı ilə keçirilmişdi. İllər keçdikcə iştirakçıların sayı artıb və iki mini ötüb”.
“İteca-Caspian” şirkətinin layihələr rəhbəri Rəna Abutalıbova, bu yubiley sərgisində iştirak edən şirkətlərin yüksək fəallıq göstərdiklərini deyib: “Bu il Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və başqa ölkələr sərgidə innovativ layihələri, habelə İKT sahəsi üzrə məhsul və xidmətlərini təqdim edəcəklər”.
“BakuTel” sərgisinin əsas sponsorlarından olan “İntel” şirkətinin rəhbəri Con Devis, Azərbaycanda keçirilən sərgilərin ölkələr və şirkətlər arasında əməkdaşlığa böyük töhvə verdiyini qeyd edib: “Sponsor kimi, bu tədbirin keçirilməsindən çox şad olduğumuzu demək istəyirəm. “İntel” şirkəti bir sıra məhsullar, o cümlədən məktəblilər üçün bəzi məhsullar da istehsal edir. Azərbaycanda 30 mindən çox müəllim “İntel” şirkətinin təşkil etdiyi təlimlərdə iştirak edib və onlar məktəblərdə quraşdırılmış şirkətimizin məhsularını idarə edilməsini mənimsəyiblər”.
İlhamə