29 İyun 2022 11:21
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Qeyd edək ki, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat tövsiyə edilir.

Müzakirələrdən sonra dəyişikliklər qəbul edilib.


Müəllif: Nemət