4 Avqust 2022 11:45
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (Sepah) rəsmi telegram kanalı yoxdur, Sepahın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.

"Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır", - deyə məlumatda qeyd olunub.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər