"Azəriqaz” İstehsalat Birliyinin məsul şəxslərinin “Facebook” üzərindən avqustun 10-da saat 15:00-da canlı yayımı planlaşdırılır.
Bu barədə Teleqraf.com-a Birlikdən məlumat verilib.
Canlı yayım zamanı Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Yeni qazlaşma şöbəsinin rəis müavini İlham Mehbalıyev sizin müraciətlərinizi cavablandıracaqlar.