11 Avqust 2022 21:42
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Mingəçevir şəhərində təşkil olunub.

Teleqraf.com xəbər verir ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov vətəndaşları onları narahat edən məsələləri açıq şəkildə səsləndirməyə çağırıb.

O bildirib ki, "Səyyar qəbul otağı"nın keçirilməsində əsas məqsəd vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin həllinə dəstək verməkdən ibarətdir. Sakinlər görüş zamanı işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər.

Vətəndaşların problem və təkliflərini dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də görüşdə iştirak ediblər.

Ünvanlanan müraciətlər qurum rəsmiləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər