Gənclər üçün Təhsil Mərkəzi Gəncə şəhərində Beynəlxalq Əlillər günü münasibətilə “Sevgimizi Paylaşaq” adlı əlilliyi olan gənclər üçün görüş təşkil edib.
Mərjkəzdən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan mərkəzin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə bildirib ki, bu gün əlilliyi olan insanların reabilitasiyası və onların peşə imkanlarının artırılması iştiqamətində ölkə rəhbərliyi tərəfindən mühün qərarlar qəbul olunur: “Təsadüfi deyil ki, dövlət başçısı hər zaman çixışında Azərbaycanın 22 ildən artıq bazar iqtisadiyyatı şəraitində yaşamasına baxmayaraq, özünün “sosial dövlət” statusunu qoruyub saxladığını qeyd edir”.
Tədbirdə Powerlifting üzrə 2p ci Azərbaycan Çempionatında 1-ci yer tutmuş Nurlan və Əli Babacanov qardaşları olmaqla ümumilikdə 30 nəfər əlilliyi olan gənclər iştirak edib.
Daha sonra Gəncə şəhərinin ictimai həyatında aktivliyi ilə seçilən əlil gənclər mərkəz tərəfindən diplomla təltif edilib. Qeyd edək ki, tədbir Əlil Qadınlar Cəmiyyətinin Gəncə bölməsi, Ayguloğlu Restoranı, “Pendik” Elitar Uşaq İnkişaf Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilib.
BƏXTİYAR