19 Avqust 2022 12:05
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu günə qədər "Azəriqaz"ın işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər ancaq layihələndirmədir".

Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Baş direktor fiziki işin hələlik başlanılmadığın qeyd edib: "İlkin olaraq bu ərazilərdə yüksək təzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın Qaz İxrac İdarəsi həyata keçirir. Bundan sonra növbə "Azəriqaz"a çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır. Bizə işə başlamaqla bağlı tapşırıq gəldikdə onu icra edəcəyik".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər