Sertifikatlaşdırılma hazırda işləyən müəllimlərin peşəkarlığının müəyyən edilməsi, eyni zamanda onların peşəkarlığının qorunub saxlanılmasına xidmət edir.
Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu il setifikatlaşmadan keçməyən müəllimlər işini itirməyəcək:
"Biz müəllimlərin narahatlığını başa düşürük. Lakin müəllimləri həvəsləndirmək üçün sertifikasiyadan keçən müəllimlərin əmək haqqında 10 faiz artım olunacaq. Setifikatlaşmadan yüksək nəticə ilə keçən müəllimlərin isə əmək haqqına 35 faiz artım nəzərdə tutulur".