“Son zamanlar baş verən yanğın zamanı ov obyektinə aid edilən heyvanlara rast gəlinməyib. Çünki ov heyvanları adətən meşə ərazilərini tərk edirlər. Yanğın zamanı daha kiçik ölçülü heyvanlara rast gəlinib”.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.
O hesab edir ki, yanğın hadisəsi ov mövsümünün açılması və ya hər hansı dəyişikliyə səbəb olmayacaq:
“Təbii ki, yanğınların baş verməsi ekosistemə mənfi təsir edə bilər”.