25 Avqust 2022 15:52
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bodrumdakı otellərdən birində CHP-dən seçilən keçmiş deputat Aydın Ayaydın və azərbaycanlı model, iranəsilli iş adamı Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında gərginlik yaşanıb.

Bu barədə Teleqraf.com “Sabah”a istinadla məlumat verir.

İnsidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun suyu ətrafa sıçratması olub. Bu hərəkət Aydın Ayaydını özündən çıxarıb və o uşağın üstünə qışqırmağa başlayıb. Uşaq ağlaya-ağlaya anasının yanına qaçıb.

Əhədpur dərhal kişiyə yaxınlaşaraq etiraz edib: “Uşağa niyə qışqırırsınız? Narazılığınızı mənə deyərdiniz, uşağı niyə qorxudursunuz?”

Ayaydın modelin üzərinə hücum çəkərək onu təhqir edib: “Rədd olun gedin burdan, gedin öz ölkənizə eş....lər. Rədd olun!”, - deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər