Avqust ayında baş verən yanğınların söndürülməsində FHN-in 700-dən artıq canlı qüvvəsi, 80 texnikası, 1 amfibiya təyyarəsi, 3 helikopterdən istifadə olunub.
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.