17 Avqust 2022 15:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” “Stevie® Awards” beynəlxalq biznes mükafatına layiq görülüb.

Mobil operator bu il müştəri məmnuniyyəti nominasiyası üzrə “Stevie®” mükafatına layiq görülən yeganə Azərbaycan şirkəti oldu. “Nar”ın son üç il ərzində Müştəri Loyallığı İndeksi üzrə (Net Promoter Score) Azərbaycan mobil rabitə bazarındakı liderliyi və eləcə də, çoxfunksiyalı “Nar+” tətbiqi mükafatın münsifləri tərəfindən xüsusi vurğulanıb.

Qeyd edək ki, “Stevie® Awards” 2002-ci ildə ABŞ-da təsis olunub, məqsədi dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini mükafatlandırmaq və müsbət örnək kimi tanıtmaqdır.

2019, 2020 və 2021-ci illərdə keçirilən müstəqil araşdırmalar nəticəsində ardıcıl olaraq müştərilərin yüksək loyallığını qazanan “Nar” Azərbaycanda müştəri yönümlü biznes siyasəti, sərfəli qiymətləri ilə tanınır.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər