Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdədə cinsi zorakılığa məruz qalmış 14 yaşlı qızla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Komitə feysbuk səhifəsində bildirilib.
“Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.
Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilərək müvafiq söhbət aparılmış və 14 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilib.
Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur”, - məlumatda deyilir.
Qeyd edək ki, artıq yeniyetmə qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib onun videosunu çəkib yayan 4 nəfər müəyyən edilərək saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.