29 Avqust 2022 17:37
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibə gedir, Rusiya tədricən Ukraynada məqsədlərinə nail olur. Görünən budur ki, müharibə Rusiyanın qələbəsi ilə başa çatacaq. İndi deyirlər ki, müharibədə Rusiyanın 80 minə yaxın itkisi var. Bura müharibədə ölən və yaralananlar daxildir. Mənim fikrimcə, bu real rəqəmlər deyil, sadəcə Qərb təbliğatının tərkib hissəsidir. Əlbəttə, Rusiyanın itkisi var, müharibədə itkilər olur. Ancaq 80 minə yaxın itki dürüst rəqəm deyil. Mən özüm rəqəm çəkmək istəməzdim. Sözsüz ki, Rusiyanın da itkiləri var. 80 min itki olsaydı, bu, Rusiyada böyük əks-səda yaradardı”.

Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Araz Əlizadə qeyd edib ki, bu müharibə Rusiya hakimiyyətini laxlada bilməz: “Qərb buna can atır, bunun üçün əlindən gələni edir. Lakin nail ola bilməyəcək”.

ASDP sədri əmindir ki, müharibə uzandıqca, xüsusilə, soyuqlar başladıqca Avropa Rusiya amilini anlamalı olacaq: “Rusiya bildiyini edəcək, Ukraynada qalib gələcək və planlarını həyata keçirəcək. Başqa gözlənti yoxdur”.

Ukraynanın Rusiya hücumlarına tab gətirdiyinə gəldikdə, Araz Əlizadə fərqli düşündüyünü söyləyib: “Müharibənin uzanması Ukraynanın müqaviməti ilə əlaqəli deyil, Putinin taktikası ilə bağlıdır. Burada Ukraynanın müqaviməti əsas deyil”.

Araz Əlizadənin fikrincə, ola bilsin, müharibə uzun çəkəcək, amma nəticə bəri başdan məlumdur: “Qərb qarşısına məqsəd qoyub ki, sonuncu ukraynalıya qədər Rusiyaya qarşı mübarizə aparmalsın. Amma bunun faydası yoxdur. Düşünmürəm ki, Rusiya müharibənin nəticəsində zəifləyib. Əksinə, bu müharibədə Rusiya hələ də köhnə silahlarından istifadə edir, yeni silahlarına müraciət etməyib”.


Müəllif: Nemət

Oxşar xəbərlər