30 avqust - 4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” festivalında “Furqanoğlu” şirkətlər qrupu da iştirak edir.
Teleqraf.com xəbər verir ki, şirkəti festivalda 8 əməkdaş, o cümlədən Baş direktor Araz Musayev, İdarə Heyəti sədri Azər Həsənsoy, “Yeni Era” layihəçisi Səxavət Əhmədov və menecerləri təmsil edir.
Festivaldakı Furqanoğlu - Dəmir Yumruq standında “Yeni Era” aparatının təqdimatı keçirilir.
Festivalın gedişində Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varanla da görüş keçirilərək “Yeni Era” aparatı barədə məlumat verilib.
“Yeni Era” aparatı xarici mütəxəssislər tərəfindən də maraqla qarşılanıb. “Aselsan” şirkətinin nümayəndəsi standımızda iştirak edərək əyani olaraq “Yeni Era” aparatının işi ilə tanış olub, həmçinin çəkilişlər aparıb.
“Yeni Era” cihazının təkmilləşdirilməsi ilə bağlı danışıqlar aparılır. Yeni danışıqlar barədə də məlumat veriləcək.