"Ali təhsil müəssisələrinə qəbul üçün hazırda təxminən 2 400 plan yeri boş qalıb".
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin yerlər artıq təqdim edilib: "200-dən yüksək nəticə göstərən və uğur qazanmayan abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr uğur qazana biləcəklər. Bu il bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı çox azdır. 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb".