Tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda məktəbli formalarının tikilib satıldığı Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaşanır.
Yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini açıqlayıb. Yeni formaların istehsalına gec start verildiyi üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda problem yaranıb.
BTE-nin qarşısında uzun növbə müşahidə edilir.
Teleqraf.com fotoları təqdim edir:
FOTO: Elmin Zahidzadə