44 günlük Vətən müharibəsinin şəhidi Şahin Qədirovun anası Sənəm Qədirovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət çox keçmədən həllini tapıb.
Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.
Tovuz rayonu, Abulbəyli kənd sakini Sənəm Qədirovanın fərdi yaşayış evi qazlaşdırılaraq sayğac quraşdırılıb. Vətən yolunda canından keçən şəhid Elvin Mustafayevin də anasının müraciəti SOCAR “Azəriqaz” İB-nin diqqətindən kənarda qalmayıb. Şəhid anasının müraciəti əsasında fərdi yaşayış evi qazlaşdırılıb, həmçinin fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilib.
Daha ətraflı videoda: