7 Sentyabr 2022 14:35
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər