15 Sentyabr 2022 14:17
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransadakı Azərbaycan icması Ermənistanın Azərbaycanla sərhəddə təxribatı ilə bağlı Fransa ictimaiyyətinə və hökumətinə müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Paris Azərbaycan Evinin yaydığı sənəddə icma Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyir, buna son qoymaq üçün beynəlxalq ictimaiyyəti, habelə Fransa hökumətini müvafiq tədbirlər görməyə çağırır.

“Artıq ilk dəfə deyil ki, Ermənistan sülhün yaranmasına müxalif bəhanələrlə mane olur, bu məqsədlə hərbi təxribatlara əl atır, ikitərəfli razılaşmanın şərtlərini pozaraq silahlılarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, Azərbaycan ərazilərini minalamaqda davam edir”, - müraciətdə bildirilir.

Sənəddə qeyd olunub ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirmək məcburiyyətində qalıb: "Hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirməkdə Azərbaycanın məqsədi yenidənqurma işləri çərçivəsində sərhədə yaxın bölgələrdə aparılan tikintidə çalışan işçilərin təhlükəsizliyini qorumaq və Ermənistanın təcavüzünə son qoymaqdır. Ermənistan rəhbərliyi təxribat, qarşıdurma və itkilərə görə tam məsuliyyət daşıyır".

Müraciətdə vurğulanır ki, Ermənistanın həyata keçirdiyi təxribat münasibətlərin normallaşması və sülh prosesinə zərbə vurur: “Ermənistanın təcavüzkar hücumlarına baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparır. Bu, bir daha göstərir ki, Ermənistan sülh prosesinə hər cür maneçilik törədir. Biz bütün beynəlxalq təşkilatları və qurumları Ermənistanı qisasçılıq ideyalarından əl çəkməyə və sülhə sövq etmək səylərini gücləndirməklə yanaşı, bu cür hücumların qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırırıq"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər