19 Sentyabr 2022 18:38
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib.

Bu barədə Teleqraf.com-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Üçüncü Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 2 ton 400 kiloqram olan 3756 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər