Millət vəkili Fatma Yıldırım sosial şəbəkələrdə onun adından yayılan sitatla açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, millət vəkili bununla bağlı sosial şəbəkə hesabında yazıb:
“Əziz həmvətənlərim!
Dünəndən sosial şəbəkələrdə mənim adımdan həqiqəti əks etdirməyən, “feyk” xəbərlər paylaşılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır!
Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”.
Xatırladaq ki, deputatın müsahibə verdiyi və “Seçicilərim məni Ancelina Coliyə bənzədir” dediyi iddia olunurdu.