20 Sentyabr 2022 20:07
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Berlindəki səfirliyi qarşısında piket keçirib.

Teleqraf.com xəbər verir ki, etiraz aksiyasında iştirak edən soydaşlarımız Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib.

Aksiyada həmçinin Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı narahatlıq ifadə edilib.

Aksiyada Azərbaycan və Türkiyənin bayraqları qaldırılıb, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!” və digər şüarlar səsləndirilib.

Aksiyanı təşkil edən soydaşlarımız Almaniya ictimai-siyasi dairələrin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər