21 Sentyabr 2022 17:33
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xural TV”nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunur.

Əvəz Zeynallı ittihamları qəbul etmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər