""Elmlər Akademiyası” stansiyasına giriş tam məhdudlaşdırılmayıb. Yayılan məlumatlar doğru deyil".
Teleqraf.com xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, “Elmlər Akademiyası” metro stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə “Elmlər Akademiyası” metro stansiyasına girişdə sıxlığın yarandığına dair görüntülər yayılıb.