Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.
O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir.
Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq.