8 Dekabr 2014 14:53
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, araşdırma İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən baş tutub.

Araşdırma zamanı Müvəkkilin nümayəndələri BİT-də saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusova və İntiqam Əliyevlə də görüşüblər.

Müəyyən olunub ki, L.Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb.

Hər iki adı çəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər