Xəbər verdiyimiz kimi müğənni Rəhim Rəhimlinin evində vida mərasimi keçirilir.
Teleqraf.com xəbər verir ki, ürək tutmasından vəfat edən ifaçının vida mərasimində anası Firəngiz Rəhimli göz yaşlarına qərq olub:
"Bala, mənə dağ çəkdin! Həmişə deyirdin ki, ana, nə lazımdır, sənə alım. Deyirdim, Rəhim heç nə lazım deyil. Məni yaman günə qoydun... Kaş mən də ölərdim. Məni yanına apar, bala!"
***
İfaçı ilə vida mərasiminə yaxınları gəliblər.
Qeyd edək ki, Rəhim Rəhimli bu gün 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.