30 Sentyabr 2022 11:24
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni, bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər