11 Oktyabr 2022 17:14
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilməsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Mehdiabad, Digah və Qobu qəsəbələrində sakinlərlə keçirilən səyyar qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

Qəsəbə və kəndlərdə sakinlərlə görüşdə Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağı azad etdikdən sonra orada həyata keçirilən quruculuq işlərindən söz açıb, dövlət başçımızın xarici siyasi arenadakı ardıcıl uğurlarından bəhs edib. Bütün ölkəmizdə olduğu kimi Abşeron rayonunda da həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılaraq bundan sonra görüləcək işlər barəsində ətraflı məlumat verilib.

Rayonun Mehdiabad qəsəbəsində baş tutan növbəti səyyar qəbulda qəsəbənin məişət tullantılarının yığılmasında istifadə olunacaq yeni alınan xüsusi avtomobil təqdim edilib. Bildirilib ki, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin maddi-texniki bazasının gücləndirilməsi, şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrdə məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra proqramlar həyata keçirilməkdədir.

Bununla əlaqədar olaraq artıq İdarənin 3 xüsusi avtomobillə təmin olunduğu qeyd edilib. O da vurğulanıb ki, yeni avtomobillərin gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək və rayonun bütün kənd və qəsəbələrində məişət tullantılarının toplanması müasir avtomobillər vasitəsi ilə həyata keçiriləcəkdir.

Sonra çıxış edən sakinlər əsas avtomobil yollarında surət tənzimləyicilərinin quraşdırılmasında, kanalizasiya xətlərinin çəkilməsində, işlə təmin olunmada, daxili küçələrin abadlaşdırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir çox məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər