Əgər bu qanun qəbul ediləcəksə, gələn ildən sonra pensiya məbləği orta hesabla 14 faiz artacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Əmək Pensiyası” haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu layihə Prezidentin sosial sahədə diqqətinin və iradəsinin göstəricisidir.
Qanun layihəsinə iki dəyişiklik təklif edən deputat həmkarlarını layihəni dəstəkləməyə çağırıb.
Deputat Arzu Nağıyev qeyd edib ki, hərbi qulluqçuların pensiyaları 2023-cü ilin yanvarından artacaq.