14 Oktyabr 2022 16:26
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Jurnalistləri Media Reyestrinə müraciət etmədən öncə işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinə daxil olub-olmadığını dəqiqləşdirməyə çağırırıq".

Teleqraf.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

O bildirib ki, məqsəd Media Reyestrinə müraciət prosedurunu asanlaşdırmaqdır:

"Çünki "Media Haqqında" qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır. Yəni həmin media subyektinin Media Reyestri şəhadətnaməsini əldə etməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər